19.05.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

"Sabah" 2-0 "Sumqayıt" - Videoicmal

Slide 1

"Kəpəz" 0-1 "Zirə" - Videoicmal

Slide 1

"Səbail" 0-3 "Neftçi" - Videoicmal

Slide 1

"Kəpəz" - "Zirə" canlı yayım

Slide 1

"Səbail" - "Neftçi" canlı yayım

Slide 1

"Sabah" - "Sumqayıt" canlı yayım

Slide 1

“Qarabağ-2” – “Turan Tovuz-2” oyununun təyinatları

   C.Həsənzadə: “Çempion ola bilərik”      2014-08-22

Cahangir Həsənzadə “Xəzər Lənkəran”ın futbolçusu kimi ilk müsahibəsini Peşəkar Futbol Liqasının rəsmi saytına verib. C.Həsənzadə müsahibə zamanı bir sıra məqamlara toxunub.

- Bu gün “Xəzər Lənkəran”la 1 illik müqavilə imzaladınız. Keçidin təfərrüatı ilə bağlı danışmağınızı istərdik.

- Açığı, biz bir neçə gün əvvəl məsələni müzakirə etmişdik. “Xəzər Lənkəran” tərəfi mənə zəng vurub, hazırkı durumumla maraqlandı. Transfer vərəqimin özümdə olub-olmadığını soruşdular. Yekun danışıq isə bu gün oldu. Klub rəhbərliyi ilə görüşdük və 1 illik müqavilə imzaladıq.

- “Araz Naxçıvan”ın düşərgəsini tərk etdikdən sonra belə bir fikir söyləmişdiniz ki, karyeramı bitirə bilərəm. Bu söz və çempionluğa  iddialı “Xəzər Lənkəran”la müqavilə imzalamaq böyük təzad deyilmi?

- Bəli, mən yenə sözümü deyirəm. Əgər hansı bir uyğun təklif gəlməsəydi, karyeramı bitirəcəkdim. Bu məsələ gündəlikdə idi. Amma yaxşı təklif oldu və mən razılaşdım. 35 yaşım olmasına baxmayaraq, düşünürəm ki, yaxşı günlər irəlidədir. “Xəzər Lənkəran” kimi klubda oynayacağıma görə çox şadam.

- “Xəzər Lənkəran” karyranızın sonuncu klubu olacaq?

- Onu Allah bilir. Mən çalışacağam ki, sonluğu yaxşı nəticə ilə gətirim.

“Xəzər Lənkəran”ın qapıçı baxımından problem yaşadığı məlumdur. Bu mənada, sizin üzərinizə qarşıdakı oyunlarda məsuliyyət daha çox düşəcək. Buna hazırsınızmı?

- Əlbəttə, “Xəzər Lənkəran”da oynamaq iki qat çətindir. Çünki “Xəzər Lənkəran”ın azarkeşi var və onlar daim qələbə arzulayırlar. Azarkeşlərin sevgisinin qarşılığını qələbə ilə vermək lazımdır. Bəli, cənubda oynamaq çətindir. Amma mən yaxşı klublarda oynamışam və təcrübəm var, bütün bunlar mənə yardımçı olacaq. Heyətdə yer alan qapıçı Orxan Sadıqlıya dəstək və örnək olmağı düşünürəm. Kimin oynamağından asılı olmayaraq, məncə, əsas məsələ “Xəzər Lənkəran”ın uğur qazanmasıdır.

- “Xəzər Lənkəran”ın mütləq hədəfi çempionluqdur. Sizcə, bu heyət ən yüksək zirvədə olmağa qadirdir?

- Topaz Premyer Liqasında güclü komandalar az deyil. Çempionat uzundur. Bu marafonda mütləq şəkildə hər kəs bir nöqtəyə vurarsa, “Xəzər Lənkəran” çempion ola bilər.

Müsahibəni hazırladı: Elgiz Abbasov

   Turnir cədvəli
1 Qarabağ 35 82
2 Neftçi 35 56
3 Zirə 35 55
4 Sabah 35 55
5 Sumqayıt 35 54
6 Turan Tovuz 35 45
7 Səbail 35 42
8 Kəpəz 35 35
9 Araz-Naxçıvan 34 35
10 Qəbələ 34 23
Ətraflı
1 Şamaxı 26 54
2 Qaradağ Lökbatan 26 53
3 İmişli 26 47
4 MOİK 26 46
5 Karvan 26 41
6 Zaqatala 26 30
7 İrəvan 26 27
8 Mingəçevir 26 26
9 Difai Ağsu 26 22
10 Araz Saatlı 26 13
Ətraflı
Xəbər arxivi
« May 2024 »
1 2 3 4 5 6 7
2930 01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 1819
20 21 22 23 24 25 26
27 28 29 30 310102
03040506070809
Press reliz
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: