Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının yeni loqosunu təqdim edir. Yeni loqo 4 elementin vəhdətidir:
1) Alov – “odlar yurdu” Azərbaycanın əsas simvollarından biridir; 2) Dalğavari hissə – Xəzər dənizinə işarədir; 3) Qartal – Azərbaycan xəritəsinin ümumi görünüşünü özündə əks etdirir; 4) Qartal, alov və dalğa ilə əhatələnən top isə futbolun əsas simvoludur.
Premyer Liqanın yeni loqosu tünd fonda ağ rəngdədir. Açıq fonda olarkən, loqonun əsas hissələri tünd göy göstərilir.
Loqonu yükləmək üçün aşağıdakı linklərdən istifadə edə bilərsiniz:
http://pfl.az/files/0LOGO-APL ag.png
http://pfl.az/files/0LOGO APL goy.png
|