Cari mövsümdə ən çox quru oyun keçirən qapıçı Şahruddin Məhəmmədəliyevdir. “Qarabağ”ın qapıçısı Azərbaycan Premyer Liqasının 9 matçında qapısını toxunulmaz saxlayıb. Milliləşən rusiyalının ən yaxın izləyicisi Səlahət Ağayevdir. “Neftçi”nin qolkiperi 8 qarşılaşmada qol buraxmayıb. Çempionatın turnir cədvəlində olduğu kimi bu siyahıda da “Qarabağ” və “Neftçi”dən sonra “Keşlə” təmsilçisi gəlir. Moldovalı Stanislav Namaşko 7 matçı “quru” keçirib. Ən azı 5 belə oyun keçirən digər qapıçı da “Qarabağ”ın üzvüdür. Asmir Beqoviç qısa müddət çıxış etdiyi çempionatın 6 matçında qapısının toxunulmazlığını qoruyub.
1
|
Şahruddin Məhəmmədəliyev
|
Qarabağ
|
9
|
2
|
Səlahət Ağayev
|
Neftçi
|
8
|
3
|
Stanislav Namaşko
|
Keşlə
|
7
|
4
|
Asmir Beqoviç
|
Qarabağ
|
6
|
|