Futbol üzrə Azərbaycan I Divizionda IX turun oyun cədvəli məlum oldu. Turun bütün görüşləri saat 14:30-da başlayacaq.
31 oktyabr (cümə axşamı)
“Neftçi-2” – “Səbail-2” Binə qəsəbə stadionu
“Kəpəz” – “Zirə-2” Gəncə şəhər stadionu
MOİK – “Zaqatala” Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
1 noyabr (cümə)
“Keşlə-2” – “Qarabağ-2” “AZAL Arena”
“Sumqayıt-2” – “Sabah-2” “Kapital Bank Arena” (ehtiyat meydança)
“Ağsu” – “Turan Tovuz” Ağsu şəhər stadionu
Qeydlər: Bu tur “Qaradağ Lökbatan” komandası istirahət edəcək. Tovuz şəhər stadionunda təmir işləri getdiyi üçün təqvim üzrə nəzərdə tutulan “Turan Tovuz” – “Ağsu” matçı Ağsu şəhər stadionunda keçiriləcək. İkinci dövrədə bu komandalar arasında baş tutacaq görüş “Turan Tovuz” – “Ağsu” oyunu kimi qeyd olunacaq.
|