Unibank Premyer Liqasının XXIII turunda "Rəvan" səfərdə "Sumqayıt"ı minimal hesabla məğlub etdi. Bəhmən
Həsənov, “Rəvan” klubunun baş məşqçisi: “Bizim
üçün vacib olan qələbə idi. Onu da qazandıq. Ağır oyun oldu. “Sumqayıt”la
oyunumuz həmişə çətin məcrada keçib. Rəqibimizin əksər futbolçuları gənc olsa da, gözəl oyun nümayiş etdirdilər. Hər iki komandanın qol vurmaq üçün
imkanları oldu. Amma əsas olan üç xalı qazanmaq idi. Bizim bir sıra
çatışmayan cəhətlərimiz var və gələcəkdə bunları aradan qaldırmağa çalışacağıq. “Sumqayıt”a gələcək oyunlarda uğurlar arzulayıram”.
Bernhard Raab, “Sumqayıt” klubunun baş məşqçisi:
“”Rəvan” üstün oyun nümayiş etdirdi. Bizim qol imkanlarımız olsa da, yararlana
bilmədik. İkinci hissədə daha çox şanslarımız oldu, penaltidən də istifadə edə
bilmədik. Rəqib komandanı üç xal qazanması münasibətilə təbrik edirəm”.
|