Unibank Premyer Liqasının XXII turunda "İnter"in on doqquz oyunluq
məğlubiyyətsizlik seriyası başa çatdı.
Aleksandrs Starkovs, “Bakı” klubunun baş
məşqçisi: “Hər
iki komanda yaxşı oyun göstərdi. İki fərqli hissə izlədik. İlk hissədə komandam daha yaxşı oynadı və hesabı açdıq. Azlıqda qaldıqdan sonra
komandam zəif oynadı. Ancaq qələbə hesabını qoruduqları üçün oyunçularıma
təşəkkür edirəm”.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Bu gün oyunumuz alınmadı. Komandam zəif təsir bağışladı. Buna görə də 3 xaldan məhrum olduq. Uzun müddətdir
ki, məğlubiyyətsizlik seriyasını davam etdirirdik. Buna görə də komandada
psixoloji gərginlik var idi. Komandada bəzi problemlərin olduğunu gördüm. Növbəti
oyunlarda bu səhvləri təkrarlamamağa çalışacağıq”
|