Futbol üzrə Azərbaycan I Divizionda XXVIII turun oyun cədvəli məlumdur. Üç günü əhatə edəcək turun beş oyunu “Insports.tv” saytında və tətbiqində canlı yayımlanacaq. Bütün oyunlar saat 16:00-da start götürəcək.
8 may (bazar ertəsi)
“Araz Naxçıvan” – “Səbail-2” “ASCO Arena”, (canlı/Insports.tv)
9 may (çərşənbə axşamı)
MOİK – “Qaradağ Lökbatan” Binə qəsəbə stadionu
“Qəbələ-2” – “Neftçi-2” Qəbələ şəhər stadionu (ehtiyat meydança), (canlı/Insports.tv)
“Turan Tovuz-2” – “Zaqatala” Tovuz şəhər stadionu, (canlı/Insports.tv)
10 may (çərşənbə)
“Zirə-2” – “Qarabağ-2” Binə qəsəbə stadionu, (canlı/Insports.tv)
“Sumqayıt-2” – “İmişli” “Kapital Bank Arena” (ehtiyat meydança)
“Kəpəz-2” – “Şamaxı-2” Gəncə şəhər stadionu (ehtiyat meydança), (canlı/Insports.tv)
Qeyd: “Araz Naxçıvan” – “Səbail-2” görüşü Naxçıvan təmsilçisinin müraciəti, “Səbail” klubunun razılığı ilə Muxtar Respublikada baş tutacaq dövlət tədbiri ilə əlaqədar olaraq “ASCO Arena”da reallaşacaq. 10 may tarixdən 8 may tarixinə keçirilmiş görüş “Araz Naxçıvan” – “Səbail-2” oyunu kimi qeyd olunacaq.
|