Peşəkar Futbol Liqası 2022/2023-cü illər futbol mövsümü üçün blogerlərin akkreditasiya qeydiyyatına start verir. PFL-in keçirdiyi yarışlar üçün bloger akkreditasiya vəsiqəsinə sahib olmaq istəyənlər aşağıdakı məlumatları bu gündən etibarən [email protected] ünvanına göndərə bilərlər:
1) Ad və soyad 2) Sosial media hesabı (“link”) 3) 3x4 ölçüdə fotoşəkil
Qeydlər:
- Akkreditasiya qeydiyyatı mövsüm boyu davam edəcək. İlkin qeydiyyata gecikənlərə akkreditasiyalar müraciətdən sonrakı ayın ilk həftəsində təqdim olunacaq. Şərtlərə tam cavab verməyənlər çatışmazlıqları aradan qaldırdıqdan sonra müraciət edib akkreditasiya ala bilərlər.
- Peşəkar Futbol Liqasının cari mövsüm üçün akkreditasiyası aktiv sosial media hesabı olan blogerlərə veriləcək.
- Blogerlər media tribuna, miks zona və tribunada yer ala bilərlər. Bu vəsiqənin sahiblərinə oyunsonrası mətbuat konfransında iştirak etmək və meydançanın kənarına düşmək icazəsi verilmir.
- Akkreditasiya üçün müraciət edildikdən sonra vəsiqənin verilməsi tam olaraq PFL-in səlahiyyətindədir.
|