Elnur Allahverdiyevin növbəti oyunda oynaması sual altındadır 2012-03-01 |
|
Unibank
Premyer Liqasının XXII turunda “Sumqayıt”la qarşılaşacaq "Xəzər Lənkəran"
bu gün Bakıya gələcək. Klubdan verilən məlumata görə, "Happy İnn" mehmanxanasında
məskunlaşacaq komanda “Sumqayıt”la oyuna hazırlıq məqsədilə toplanış keçirəcək.
Qeyd edək ki, milli komandanın düşərgəsində zədələnən Elnur Allahverdiyevdən
başqa "Xəzər Lənkəran"ın heyətində zədəli oyunçu yoxdur. Allahverdiyevin
"Sumqayıt"la oyunda meydana çıxıb-çıxmaması tibbi müayinədən sonra müəyyən
ediləcək.
|
|
|
|
|
|