Misli Premyer Liqasında III turun oyun cədvəli məlum oldu. Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
19 avqust (cümə) “Şamaxı” – “Səbail” Şamaxı şəhər stadionu, 16:30
20 avqust (şənbə) “Sabah” – “Neftçi” “Bank Respublika Arena”, 20:30
21 avqust (bazar) “Kəpəz” – “Qəbələ” Qəbələ şəhər stadionu, 18:00
“Zirə” – “Sumqayıt” “Dalğa Arena”, 20:30 Qeyd 1: Gəncə şəhər stadionu Premyer Liqa oyunlarını keçirməyə hazır olmadığına görə “Kəpəz” növbəti məlumata qədər ev görüşlərini Qəbələ şəhər stadionunda keçirəcək. Qeyd 2: “Qarabağ”ın müraciəti, “Turan Tovuz”un razılıq məktubuna əsasən, “Qarabağ”ın Çempionlar Liqasının pley-of mərhələsindəki oyunlarının ölkə idmanı üçün əhəmiyyətini nəzərə alan PFL 3-cü turun “Turan Tovuz” – “Qarabağ” qarşılaşmasının təxirə salınması qərarını qəbul edib. Oyunun vaxtı barədə əlavə məlumat veriləcək.
|