Avrokuboklarda mübarizəni davam etdirən klublarımız növbəti oyunlarını keçirib. Səfərdə HİK-lə (Finlandiya) qarşılaşan “Neftçi” 0:3 hesabla məğlub olaraq Avropa Liqası ilə vidalaşıb. “Ağ-qaralar” Konfrans Liqasının pley-ofunda “Makkabi Xayfa”yla (İsrail) qarşılaşacaq. Konfrans Liqasının III təsnifat mərhələsində Tofiq Bəhramov adına Respublika Stadionunda AEL-i (Kipr) qəbul edən “Qarabağ” isə minimal hesabla qalib gəlib. “Köhlən atlar”ı sevindirən qolun müəllifi Kadi Borqes olub. Qeyd edək ki, Qurban Qurbanovun komandası Konfrans Liqasının pley-ofunda “Aberdin”lə (Şotlandiya) görüşəcək.
|