Azərbaycan kubokunda final görüşü başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirildi. “Bank Respublika Arena”da baş tutan tədbirdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov iştirak etdilər. Əvvəlcə görüşün hakimlərinə xüsusi hədiyyələr verildi, gümüş medalın sahibi “Sumqayıt” futbolçuları mükafatlandırıldı. Daha sonra qalib “Keşlə”yə qızıl medallar və kubok təqdim edildi.
|