Futbol üzrə Azərbaycan I Divizionda XXV turun oyunları üçün bütün təyinatlar müəyyənləşdi. Turun “Qarabağ-2” – “Keşlə-2” görüşündən başqa bütün qarşılaşmaları I Divizionun yutub kanalında canlı yayımlanacaq.
6 may (cümə axşamı)
“Neftçi-2” – “Kəpəz” Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Teymur Teymurov, Rauf Cabarov Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Erkin Hüseynov Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança), 17:00
“Sabah-2” – “Turan Tovuz” Hakimlər: Rauf Allahverdiyev, Elmin Süleymanov, Kərim Zeynalov, Rövşən Rəcəbov Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Maşallah Əhmədov “Bank Respublika Arena” (ehtiyat meydança), 16:00
“Qarabağ-2” – “Keşlə-2” Hakimlər: Səbuhi Bayramov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əliyar Ağayev Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Kərim Ağayev “ASCO Arena”, 14:00
7 may (cümə)
MOİK – “Sumqayıt-2” Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Vüqar Həsənli Hakim-inspektor: Gülağa Cabarov AFFA nümayəndəsi: Bəhram Qurbanov Binə qəsəbə stadionu, 16:00
“Zaqatala” - “Qaradağ Lökbatan” Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Elman Kərimov, Kamranbəy Rəhimov Hakim-inspektor: Rövşən Əhmədov AFFA nümayəndəsi: Mübariz Hüseynov Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00
|