Azərbaycan kubokunda 2020/21 mövsümü start götürəcək. 1/8 final mərhələsi çərçivəsində 4 matç baş tutacaq. Bu qarşılaşmalar iki günü əhatə edəcək. Peşəkar Futbol Liqasının rəsmi saytı üz-üzə gələcək cütlərin əvvəlki kubok oyunlarının balansını təqdim edir. Görüşəcək cütlərdən yalnız birində rəqiblərin yolları öncə də kəsişib.
Azərbaycan kuboku
1/8 final
24 yanvar (bazar)
1. “Səbail” - “Zaqatala” – indiyədək qarşılaşmayıblar
25 yanvar (bazar ertəsi)
2. “Turan Tovuz” - “Qəbələ” - indiyədək qarşılaşmayıblar
3. “Sabah” - “Kəpəz” - indiyədək qarşılaşmayıblar
4. “Qaradağ Lökbatan” - “Zirə” – 2 oyun, +1=0-1, top fərqi 1-4
Əvvəlki qarşılaşmalarda meydan sahibi olan tərəf quru hesabla qalib gəlib. 2014-cü ildə “Qaradağ Lökbatan” mərhələ keçibsə, ötən mövsümdə “Zirə” böyükhesablı qələbə əldə edib.
2014/15
|
1/16 final
|
Qaradağ Lökbatan - Zirə (Bakı)
|
1:0
|
2019/20
|
1/8 final
|
Zirə (Bakı) – Qaradağ Lökbatan
|
4:0
|
|