Azərbaycan Premyer Liqasının XII turunun 5 dekabr tarixdə keçirilməli olan “Sabah” – “Neftçi” və “Keşlə” – “Səbail”, eləcə də 6 dekabrda keçirilməli olan “Zirə” – “Sumqayıt” oyunu bəzi klubların heyətində 7 və daha çox oyunçunun COVİD-19 virusuna yoluxması səbəbindən təxirə salınıb. Görüşlərin tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək. Qeyd edək ki, XII turun “Qarabağ” - "Qəbələ" oyunu 6 dekabr, saat 16:00-da “Azersun Arena”da baş tutacaq.
|