İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu:
Premyer Liqanın IX turunun “Səbail” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
IX turun “Keşlə” – “Qəbələ” oyununda hər iki klubun bəzi rəsmi şəxsləri “A” buraxılış vərəqəsindən istifadə etmədiyi üçün hər iki klub ayrı-ayrılıqda 800 manat cərimə olunur;
IX turun “Neftçi” – “Qarabağ” oyununda oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) gəlmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur;
IX turun “Sabah” – “Zirə” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
“Zirə” klubunun 1 nömrəli futbolçusu Mateus Albino ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;
I Divizionun V turunun “Sumqayıt-2” – “Turan Tovuz” oyununun 78-ci dəqiqəsində “Sumqayıt-2” klubunun 19 nömrəli futbolçusu Nurlan Quliyev “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur;
“Sumqayıt-2” – “Turan Tovuz” oyununda polis nümayəndəsi təyin olunan vaxtda oyun öncəsi iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur;
“Turan Tovuz” klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur;
V turun “Qaradağ Lökbatan” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 nömrəli futbolçusu Qaraxan Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
“Qaradağ Lökbatan” – “Kəpəz” oyununda stadion əməkdaşları “A” buraxılış vərəqəsindən istifadə etmədiyi üçün meydan sahibi klub 80 manat cərimə olunur;
“Qaradağ Lökbatan” – “Kəpəz” oyununda oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur;
V turun “Sabah-2” – “Qarabağ-2” oyununda “Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
V turun “Neftçi-2” – “Keşlə-2” oyununda “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
|