İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu:
Premyer Liqanın V turunun “Sabah” – “Keşlə” oyununda “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
Premyer Liqanın V turunun “Qəbələ” – “Sumqayıt” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
Premyer Liqanın V turunun “Zirə” – “Neftçi” oyununda “Zirə” klubu stadiona gec gəldiyinə görə klub 800 manat cərimə olunur;
“Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
Ehtiyat qapı standartlara uyğun olmadığı üçün “Zirə” 800 manat cərimə olunur;
I Divizionun I turunun “Keşlə-2” – “Kəpəz” oyununda “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
“Keşlə-2” klubunun 37 nömrəli futbolçusu Fərid Nadirov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
Oyunun 46-cı dəqiqəsində “Keşlə-2” klubunun 78 nömrəli oyunçusunun yerinə protokolda adı qeyd olunmayan 54 nömrəli oyunçu meydana daxil olduğu üçün hesab olduğu kimi qalaraq “Keşlə-2” klubuna texniki məğlubiyyət verilir və klub 400 manat cərimələnir;
I Divizionun I turunun “Sumqayıt-2” – “Qarabağ-2” oyununda “Sumqayıt-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
“Qarabağ-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur;
“Sumqayıt-2” klubunun 19 nömrəli futbolçusu Nurlan Quliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
“Sumqayıt-2” – “Qarabağ-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur;
Oyunda topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimələnir;
I Divizionun I turunun “Neftçi-2” – “Sabah-2” oyununda “Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
“Sabah-2” klubunun 60 nömrəli futbolçusu Abbas Ağazadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
I Divizionun I turunun “Qaradağ Lökbatan” – MOİK oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimələnir;
“Qaradağ Lökbatan” komandasının “A” buraxılış vəsiqələri olmadığı üçün klub 80 manat cərimələnir;
I Divizionun I turunun “Zaqatala” – “Turan Tovuz” oyununda “Zaqatala” klubunun 28 nömrəli futbolçusu Rüstəm Nuruyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
“Turan Tovuz” klubunun 9 nömrəli futbolçusu Vidadi Cəfərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
“Turan Tovuz” klubunun 20 nömrəli futbolçusu Elmir Tağıyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
“Zaqatala” – “Turan Tovuz” oyununda topdaşıyan və xərəkdaşıyan şəxslər vaxtında təmin olunmadığı üçün meydan sahibi klub 80 manat cərimələnir.
|