Azərbaycan I Divizionunda 2020/2021 mövsümünün start tarixi müəyyənləşdi. Yarış 1 oktyabrda başlayacaq. 3 dövrə keçiriləcək turnirdə iştirak edəcək komandalar aşağıdakılardır: “Turan Tovuz” “Zaqatala” “Sabah-2” “Neftçi-2” “Kəpəz” “Keşlə-2” “Sumqayıt-2” “Qarabağ-2” MOİK “Qaradağ Lökbatan” Yarışın püşkatma mərasimi 24 sentyabr saat 15:00-da AFFA-nın inzibati binasında keçiriləcək və Peşəkar Futbol Liqasının rəsmi Yutub kanalı ilə canlı yayımlanacaq. Azərbaycan respublikasında davam edən karantin rejimi ilə əlaqədar olaraq klub və KİV nümayəndələri püşkatmada iştirak etməyəcək.
|