AFFA İcraiyyə Komitəsi tərəfindən yaradılmış İşçi Qrupunun təklifini, AFFA ilə aparılan müzakirələri, eləcə də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın 10.08.2020-ci il tarixdən açıq havada idman yarışlarına icazəsini nəzərə alan Peşəkar Futbol Liqası 2020/2021-ci illər mövsümünün startı ilə bağlı yekun qərarını verib. PFL yekun müzakirələrdən sonra yeni mövsümün start tarixi kimi 21 avqustu müəyyənləşdirib.
|