Topaz Premyer
Liqasının VI turunda AZAL Sumqayıtda “İnter” komandasını qəbul etdi. Tərəflərin
fərqlənə bilmədiyi oyunda 0-0 hesablı bərabərlik qeydə alındı.
Kaxaber Sxadadze, “İnter”
komandasının baş məşqçisi: “İlk öncə AZAL komandasında məşqçi işini qeyd etməliyəm.
Vaqif müəllim çox güclü komanda yarada bilib, komandada oyun intizamı var. Havanın
isti olmağı ilk hissədə hər iki komandanın oyununa təsirsiz ötüşmədi, sürət çox
aşağı idi. Ötən tur “Qarabağ”a 6 qol vurmuş komandanı çox yaxşı öyrənmişdik.
Oyun sxemini dəyişərək AZAL-ın iki güclü hücumçusunu neytrallaşdıra bildik.
İkinci hissədə böyük üstünlüyə malik idik, qol epizodlarımız oldu. Fikrimcə,
hesab oyuna görədir. Bu, taktikalar oyunu idi. Komandalar hücumdan müdafiəyə
tez qayıdırdılar, bu da təhlükəli epizodların yaranmasının qarşısını alırdı.
Qarşıda bizi çətin oyun gəzləyir, baxımlı oyunla qələbə qazanmağa çalışacağıq”.
Vaqif Sadıqov, AZAL
klubunun baş məşqçisi: “Oyun baxımlı alınmadı. Təbii örtüklü meydançada oynamaq
müəyyən problem yaratdı. Çox güclü komandaya qarşı mübarizə apardıq. Qalib gəlib
lider olmaq istəyirdik. Nildo və Taqim Novruzov zədəli halda oynayırdılar.
Milli komandaların düşərgələrindən dönən futbolçuların fiziki durumu istədiyimiz
səviyyədə deyil, bəziləri bu gün 18-liyə belə düşə bilmədi. Futbolçularımın fərdi
səviyyəsi baxımlı oyun göstərməyə imkan vermədi. Məğlubiyyətsiz seriyamızı
davam etdirdik. Çox sıx qrafiklə oynayacağıq, qarşıda bizi “Qəbələ” və “Xəzər Lənkəran”la
çətin oyunlar gözləyir”.
|