İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu. Premyer Liqanın VIII turunun “Qəbələ” – “Qarabağ” matçında “Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
Premyer Liqanın VIII turunun “Keşlə” – “Sabah” matçı başa çatdıqdan sonra “Sabah” klubunun 19 №-li futbolçusu Təmkin Xəlilzadə hakimə fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 37.7). Futbolçuya verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilir və 3 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir (maddə 32.2).
Oyunun 90+3-cü dəqiqəsində “Sabah” klubunun 13 №-li futbolçusu Filip İvanoviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47).
Premyer Liqanın VIII turunun “Səbail” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
Premyer Liqanın VIII turunun “Neftçi” – “Zirə” matçında “Zirə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
I Divizionun VII turunun “Kəpəz” – “Qarabağ-2” matçında “Qarabağ-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
Oyunun 83-cü dəqiqəsində “Qarabağ-2” klubunun 36 №-li futbolçusu Zamiq Əliyev təhqiredici ifadələr işlətdiyinə üçün 3 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 41.1).
I Divizionun VII turunun “Neftçi-2” – “Zaqatala ” matçında xərək daşıyan uşaqların sayı əsasnaməyə uyğun olmamasına görə meydan sahibi klub 80 manat cərimə olunur (maddə 64.1).
I Divizionun VII turunun “Keşlə” – “Ağsu” matçının 56-cı dəqiqəsində “Keşlə” klubunun 98 №-li futbolçusu Asif Vəliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).
I Divizionun VII turunun MOİK – “Sabah” matçında MOİK komandası oyunun video çəkilişini aparmadığına görə klub 80 manat cərimə olunur (maddə 60).
Təhlükəsizlik xidmətinin oyun öncəsi iclasda iştirak etməməsinə görə meydan sahibi klub 80 manat cərimə olunur (maddə 62.1).
I Divizionun VII turunun “Sumqayıt-2” – “Turan Tovuz” matçında “Sumqayıt-2” klubunun 4, “Turan Tovuz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur (maddə 39).
Oyunun 55-ci dəqiqəsində “Sumqayıt-2” klubunun 15 №-li futbolçusu Nahid Zülfüqarov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).
Oyunun 78-ci dəqiqəsində “Turan Tovuz” klubunun masajçısı Aydın Yusifov ikinci sarı vərəqə alaraq texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur (maddə 61).
Təhlükəsizlik xidmətinin iclasda iştirak etməməsinə görə meydan sahibi klub 80 manat cərimə olunur (maddə 62.1).
|