“Səbail”in futbolçusu Ağabala Ramazanov Azərbaycan Premyer Liqasında 150-ci oyununu keçirib. Bu, VIII turun “Sumqayıt”la matçına (0:2) təsadüf edib. Ölkə çempionatında 2011/12 mövsümündə “Neftçi”nin futbolçusu kimi debüt edən hücumçu 150-yə iştirakçısı olduğu 9-cu çempionatda çatıb. O, ümumilikdə 6 komandanın formasını geyinib. “Xəzər Lənkəran”da daha çox – 59 oyun keçirən Ağabala “Sumqayıt”da 33, “Səbail”də 26, “Qarabağ”da 18, “İnter”də (indiki “Keşlə”) 13, “Neftçi”də 1 dəfə meydana çıxıb.
mövsüm
|
klub
|
oyun
|
qol
|
2011/12
|
Neftçi
|
1
|
0
|
2012/13
|
Xəzər Lənkəran
|
19
|
1
|
2013/14
|
Xəzər Lənkəran
|
21
|
1
|
2014/15
|
Xəzər Lənkəran
|
19
|
4
|
2015/16
|
Sumqayıt
|
33
|
5
|
2016/17
|
İnter
|
13
|
4
|
2016/17
|
Qarabağ
|
12
|
0
|
2017/18
|
Qarabağ
|
6
|
0
|
2018/19
|
Səbail
|
18
|
7
|
2019/20
|
Səbail
|
8
|
3
|
CƏMİ
|
|
150
|
25
|
Qeyd edək ki, Ramazanov Azərbaycan çempionatları tarixində 150 və daha çox oyun keçirən 230-cu futbolçudur.
|