IV turun təxirə salınmış oyununda "Xəzər Lənkəran"ı 2:0 hesabıyla məğlub edən "Simurq" turnir cədvəlinin lideri oldu.
Georgi Çıxradze, "Simurq" klubunun baş məşqçisi: "Oyunun gərgin keçəcəyini bilrdik. Buna görə də yaxşı hazırlaşmışdıq. "Xəzər Lənkəran" hücum futbolunu göstərdi. Biz də əks hücumlarda iki qol vuraraq qalib gəldik. Rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıram".
Yunis Hüseynov, "Xəzər Lənkəran" klubunun baş məşqçisi:: "Komandanın göstərdiyi oyundan narazıyam. Verdiyim tapşırıqları yerinə yetirmədilər. Rəhbərliyə istehfa verdiyimi bildirəcəm"
|