Peşəkar Futbol Liqası 2019/2020-ci illər futbol mövsümü üçün akkreditasiya qeydiyyatına start verir. Növbəti mövsüm PFL-in keçirdiyi yarışlar üçün akkreditasiya vəsiqəsinə sahib olmaq istəyənlər ad və soyadını, akkreditasiya vəsiqəsinin növünü (press, foto, tv), təmsil etdiyi KİV-in adını, iş yerindən verilən vəsiqənin surətini, fotoşəkilini bu gündən etibarən avqust ayının 5-dək [email protected] ünvanına göndərə bilərlər. Qeydlər: Akkreditasiya qeydiyyatı mövsüm boyu davam edəcək. İlkin akkreditasiyaya gecikənlər, şərtlərə tam cavab verməyənlər, işə yeni qəbul olunacaq şəxslər mövsümün gedişində müraciət edə bilərlər. Həmin akkreditasiyalar müraciətdən sonrakı ayın ilk həftəsində təqdim olunacaq. Peşəkar Futbol Liqasının növbəti mövsüm üçün akkreditasiyası futbolla birbaşa əlaqəsi olan KİV nümayəndələrinə veriləcək.
|