Avropa Liqasında iştirak edəcək klublarımızın II təsnifat mərhələsindəki potensial rəqibləri məlumdur. Yarışa I mərhələdən start verəcək “Neftçi” və “Səbail” mərhələni keçəcəyi təqdirdə müvafiq olaraq “Arsenal Tula” (Rusiya) və “Budapeşt Honved” (Macarıstan) / “Zalqiris” (Litva) cütünün qalibinə rəqib olacaq. Ölkə kubokunun qalibi olduğuna görə Avropa Liqasına birbaşa II təsnifat mərhələsindən başlayan “Qəbələ” “Dinamo Tbilisi” (Gürcüstan) – “La Fyorita” (San Marino) / “Enqordani” (Andorra) cütünün qalibi ilə qarşılaşacaq. Qeyd edək ki, II mərhələnin ilk görüşləri 25 iyul, cavab oyunları isə 1 avqust tarixində keçiriləcək.
|