Topaz Premyer Liqasında bürünc medalların sahibinə mükafatlar təqdim olundu. “Səbail” sonuncu turda doğma meydanda “Keşlə”yə 1-4 hesabı ilə məğlub olsa da, ən yaxın izləyicisi “Qəbələ”ni 5 xal qabaqlayaraq 3-cü yerin sahibi oldu.
Mükafatları bu gün “Bakcell Arena”da təşkil olunan mərasimdə AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim etdilər.
|