Azərbaycan Kubokunda yarımfinal mərhələsi bu həftə start götürəcək. İlk oyunlar çərçivəsindəki matçlar aprelin 23-də baş tutacaq. Peşəkar Futbol Liqasının rəsmi saytı bu mərhələdə üz-üzə gələcək komandaların Azərbaycan Kubokunun tarixindəki oyunlarının balansını təqdim edir.
13. “Qəbələ” – “Qarabağ” - ” – 7 oyun, +1=5-1, top fərqi 5-6
Azərbaycan kubokunda 5-ci dəfə yolları kəsişən komandalar ilk dəfə yarımfinalda görüşəcək. Rəqiblər indiyədək üç dəfə 1/4 final, bir dəfə finalda qarşılaşıblar. Üç dəfə “Qarabağ”, bir dəfə “Qəbələ” dueldən qalib ayrılıb. 4 dueldəki 7 oyundan beşi heç-heçə başa çatıb.
2011/12
|
1/4 final
|
Qəbələ - Qarabağ (Ağdam)
|
2:2, 0:0
|
2012/13
|
1/4 final
|
Qəbələ - Qarabağ (Ağdam)
|
1:1, 0:0
|
2013/14
|
1/4 final
|
Qəbələ - Qarabağ (Ağdam)
|
0:0, 2:1
|
2016/17
|
final
|
Qarabağ (Ağdam) - Qəbələ
|
2:0
|
14. “Sumqayıt” – “Zirə” – indiyədək qarşılaşmayıblar
|