Topaz Premyer Liqasının XIX turu “Sumqayıt”ın qapıçısı Fərhad Vəliyev üçün yubileylə əlamətdar olub. 37 yaşlı qolkiper Azərbaycan çempionatında 250-ci oyununu keçirib. AZAL üzərində 1:0 hesablı qələbə zamanı qapısını toxunulmaz saxlayan Vəliyev əlcək sahibi kimi meydana çıxdığı 249 matçda 249 top buraxıb. Orta hesabla hər görüşdə 1 qola üzülən Fərhad 1998/99 mövsümündə 1 matçı sahə oyunçusu kimi keçirib.
Ümumilikdə isə 250-ci qarşılaşmaya çıxan qolkiper bu həddə çatan 52-ci futbolçu olub. Vəliyev ən çox oyun keçirən qapıçılar arasında isə üçüncüdür. O, yalnız Rauf Mehdiyevlə Cahangir Həsənzadədən geri qalır.
Ölkə çempionatında 1997/98 mövsümündə “Şəfa”nın (U-18 adlandığı vaxt) heyətində debüt edən qapıçı 20 il ərzində “Xəzər” (“Sumqayıt” və “Kimyaçı” adlandığı vaxt), Quba “Şahdağ”ı, “Viləş”, “Neftçi”, “Gənclərbirliyi”, “İnter”, “Qarabağ” və indiki klubu “Sumqayıt”da forma geyinib.
mövsüm
|
komanda
|
oyun
|
Buraxılan qol
|
1997/98
|
U-18
|
7
|
-16
|
1997/98
|
Sumqayıt
|
1
|
0
|
1998/99
|
Kimyaçı (Sumqayıt)
|
10
|
-30
|
1999/2000
|
Kimyaçı (Sumqayıt)
|
14
|
-22
|
2000/01
|
Şahdağ (Quba)
|
4
|
-12
|
2000/01
|
Viləş (Masallı)
|
4
|
-4
|
2003/04
|
Neftçi (Bakı)
|
1
|
0
|
2004/05
|
Gənclərbirliyi (Sumqayıt)
|
14
|
-23
|
2005/06
|
İnter (Bakı)
|
19
|
-9
|
2006/07
|
İnter (Bakı)
|
22
|
-11
|
2007/08
|
Qarabağ (Ağdam)
|
24
|
-13
|
2008/09
|
Qarabağ (Ağdam)
|
23
|
-18
|
2009/10
|
Qarabağ (Ağdam)
|
29
|
-24
|
2010/11
|
Qarabağ (Ağdam)
|
21
|
-16
|
2011/12
|
Qarabağ (Ağdam)
|
4
|
-7
|
2012/13
|
Qarabağ (Ağdam)
|
17
|
-10
|
2013/14
|
Qarabağ (Ağdam)
|
12
|
-7
|
2014/15
|
Qarabağ (Ağdam)
|
3
|
-2
|
2015/16
|
Qarabağ (Ağdam)
|
2
|
-2
|
2016/17
|
Sumqayıt
|
19
|
-23
|
|
Cəmi
|
250
|
249
|
|