30.04.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

"Zirə" 0-1 "Araz-Naxçıvan" - Videoicmal

Slide 1

"Şəmkir" 3-0 "Göygöl" - Videoicmal

Slide 1

“Sheki City” 1-3 “Cəbrayıl” – Videoicmal

Slide 1

“Lerik” 2-0 “Kürmük Qax” – Videoicmal

Slide 1

“Baku Sportinq” 5-0 “Kür-Araz” – Videoicmal

Slide 1

“Zirə” – “Araz-Naxçıvan” canlı yayım

Slide 1

“Sheki City” – “Cəbrayıl” canlı yayım

   Avropa Liqası, “Nımme Kalyu” - “Xəzər Lənkəran”: 0-2       2012-07-10

Bu gün Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Xəzər Lənkəran” səfərdə Estoniyanın “Nımme Kalyu” klubunun qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Komandaların heyətləri aşağıdakı kimidir:

"Kadriorq" stadionu, Tallin, Estoniya

Baş hakim: Daq-Vidar Xavsos (Norveç)

Oyun başladı

İlk 5 dəqiqə ərzində "Xəzər Lənkəran" üstünlüyü ələ almağa çalışır. Rahid Əmirquliyevin uzaq məsafədən zərbəsini ev sahibi komandanın qapıçısı zərərsizləşdirdi. Növbəti epizodda isə Sadio Tounkaranın təhlükəli cinah keçidindən sonra cərimə meydançasına ötürdüyü topa komanda yoldaşları çata bilmədi.

11-ci dəqiqədə Branimir Subaşiç komanda yoldaşının uzun ötürməsindən sonra cərimə meydançasına daxil olsa da zərbəsində dəqiqlik çatışmadı.

"Nımme Kalyu"nun "Xəzər Lənkəran"ın qapısına doğru ilk zərbəsi. 19-cu dəqiqədə Yankuba Siseyin zərbəsi qapının xeyli üstündən keçdi.

22-ci dəqiqədə ev sahibi komandanın oyunçusu Xorxe Rodrigez sarı vərəqə cəzalandı.

29-cu dəqiqə: oyun epizodunda zədələnən kapitan Rahid Əmirquliyevə baş hakimin göstərişindən sonra meydançanın kənarında yardım göstərilir. Futbolçunun zədəsi ciddi deyil, Rahid artıq meydanda mübarizəni davam etdirir.

31-ci dəqiqədə: "Xəzər Lənkəran"ın qapısı ağzında təhlükəli vəziyyət yarandı. Sağ cinahla hücum edən "Nımme Kalyu"nun futbolçusunun cərimə meydançası uğurlu alınsa da, müdafiəçilər son anda topu cərimə meydançasından çıxara bildi.

33-cü dəqiqə: Eder Bonfim sağ cinahdan iki müdafiəçinin əhatəsindən çıxaraq topu cərimə meydançasına göndərdi. Bu epizodda Adrian Pitin fərqlənməsinə rəqib müdafiəçi imkan vermədi.

37-ci dəqiqə: Adrian Pit gözəl qurulmuş hücümu cərimə meydançası daxilində güclü zərbə ilə tamamlasa da. "Nımme Kalyu"nun qapıçısı çətinliklə də olsa topu qapı xəttindən çıxara bildi.

40-cı dəqiqə: QOL!!!Ruslan Abışov oyunda hesabı açır 1-0. Adrian Pitin cərimə zərbəsindən topu ötürməsini Ruslan Abışov gözəl baş zərbəsi ilə qapıdan keçirdi.

42- ci dəqiqədə Sadio Tounkara sarı vərəqə ilə cəzalanır.

İlk hissə başa çatdı. Komandalar fasiləyə yollanır.

İkinci hissə başladı

"Xəzər Lənkəran" ikinci hissəyə də aktiv başlayır. 47-ci dəqiqədə Adrian Pit sol cinahdan hücuma qoşularaq topu cərimə meydançasına ötürür. Lakin qapıçı vaxtında təhlükəni uzaqlaşdıra bildi.

Bu hücumun ardından "Nımme Kalyu" təhlükəli epizod yaradır. Cərimə zərbəsindən ötürülən topu estonların hücumçusu başla qapıya doğru yönəltsə də, Kamran Ağayev topu qapı tirinin altından çıxarır.

51-ci dəqiqədə Adrian Pitin cərimə zərbəsindən vurduğu topu qapıçı son anda zərərsizləşdirə bildi.

“Xəzər Lənkəran”ın daha bir təhlükəli hücumu: Sadio Tounkara cərimə meydançasına ötürülən topa hamıdan tez çatsa da. Iti bucaq altında vurduğu zərbə qapı torunu yandan silkələdi.

53-cü dəqiqə: Branimir Subaşiç bu dəfə fərqlənməyə yaxın oldu. Onun qüvvətli zərbəsi qapının azacıq üstündən keçdi.

54-cü dəqiqədə Branimir Subaşiç bir daha hesabı artırmağa yaxın oldu. İki müdafiəçidən sıyrılan hücumçunun qapıya zərbəsi dəqiq alınmadı.

57-ci dəqiqədə: Ruslan Abışov və Kamran Ağayev arasında anlaşmazlıq az qala “Xəzər Lənkəran”ın qapısına qolla nəticələnəcəkdi. Rəqib futbolçunun vurduğu top son anda dirəyin yanından meydançanı tərk etdi.

Dəqiqə 59: “Nımme Kalyu”nun oyunçusu Damiano Quinteri sarı vərəqə ilə cəzalanır.

Dəqiqə 64: "Xəzər Lənkəran" cərimə zərbəsindən sonra "ev tapşırığı"nı yerinə yetirdi. Radomir Todorovun cinahdan cərimə meydançasına ötürməsində Ruslan Abışova dəqiqlik çatmadı - onun başla vurduğu zərbə qapının azacıq üstündən keçdi.

"Xəzər Lənkəran"ın qapısı ağzında təhlükəli vəziyyət yarandı. Lakin künc zərbəsindən sonra Kamran Ağayev çıxışda inamla oynadı.

71-ci dəqiqə: "Nımme Kalyu" təhküləli cərimə zərbəsini yerinə yetirdi. Alo Berenqrubun başla zərbəsi qeyri-dəqiq oldu.

74-cü dəqiqədə Sadio Tounkaranın uzaq məsafədən vurduğu zərbə qapıdan aralı keçdi.

78-ci dəqiqədə "Xəzər Lənkəran" hesab arasındakı fərqi artıra bilərdi. Sadionun cinahdan ötürməsini son anda qapıçı zərərsizləşdirdi.

79-cu dəqiqə: Branimir Subaşiç əks-hücumda komandasının növbəti qolunu vura bilərdi. Lakin zərbəsində dəqiqlik çatışmadı.

"Nımme Kalyu" hücumların kəsərini artırır. Lakin "Xəzər Lənkəran"ın müdafiə xətti və Kamran Ağayev etibarlı oynayır.

"Nımme Kalyu"nun heyətində əvəzetmə: 80-ci dəqiqədə Eino Purini Yuri Yevdokimov əvəzləyir.

Bu dəqiqələrdə stadiona toplaşmış azsaylı "Xəzər Lənkəran" azarkeşləri daha da aktivləşir.

84-cü dəqiqədə Sadio Tounkara Rendal Breneslə əvəzlənir.

85-ci dəqiqə: QOL!!!! Branimir Subaşiç istəyinə çatır! 2-0 . Adrian Pit rəqibin ötürməsini ələ keçirərək topu cərimə meydançasında olan Rendal Brenesə ötürür. Sonuncu zərbəsini qapıçı çıxartsa da, özünü yetirən Branimir Subaşiç topu qapıdan keçirir.

87-ci dəqiqə: "Nımme Kalyu" qol vursa da yan xətt hakimi oyundan kənar vəziyyət qeydə alır.

Rikardo Qomeş Branimir Subaşiçi əvəz edir.

Oyunun ikinci hissəsinə 3 dəqiqə əlavə edildi.

Elnur Abdullayev Adrian Piti əvəz edir.

Oyun başa çatdı: "Nımme Kalyu" 0-2 "Xəzər Lənkəran"

“Nımme Kalyu”

1. Vitali Teleş
14. Ken Kallaste
77. Tixon Şişov
5. Alo Berenqrub (k)
75. Hidetoşi Vakui
7. Eino Puri 
10. Oliver Konsa
6. Xorxe Rodrigez
11. Kaisten Viikma
8. Yankuba Sisey
9. Damiano Quinteri

Ehtiyat oyunçular:
96. Kaido Koppel
23. Hideaki Takeda
15. Yuri Yevdokimov
18. Sergey Teryoxov
16. Tanel Melts
3. Andreas Kuqas
2. Marko Bianki
Baş məşqçi: İqor Prins

“Xəzər Lənkəran”

1. Kamran Ağayev
5. Elnur Allahverdiyev
7. Sadio Tounkara
8. Eder Bonfim
9. Branimir Subaşiç
14. Rahid Əmirquliyev
15. Ruslan Abışov
16. Adrian Pit
21. Radomir Todorov
27. Manuel Skarlatake

Ehtiyat oyunçular:

85. Kamal Bayramov
4. Akif Tağıyev
10. Elnur Abdullayev
11. Rendal brenes
18. Alim Qurbanov
42. Kamran Abdullazadə
81. Rikardo Qomeş

Baş məşqçi: Yunis Hüseynov


   Turnir cədvəli
1 Qarabağ 32 73
2 Sumqayıt 32 50
3 Neftçi 32 50
4 Zirə 32 49
5 Sabah 32 49
6 Səbail 32 42
7 Turan Tovuz 32 42
8 Araz-Naxçıvan 32 35
9 Kəpəz 32 34
10 Qəbələ 32 17
Ətraflı
1 Qaradağ Lökbatan 23 49
2 İmişli 23 46
3 Şamaxı 23 45
4 MOİK 23 42
5 Karvan 23 35
6 Zaqatala 23 26
7 Mingəçevir 23 25
8 İrəvan 23 23
9 Difai Ağsu 23 17
10 Araz Saatlı 23 10
Ətraflı
Xəbər arxivi
« Aprel 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29300102030405
06070809101112
Press reliz
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
22.07.2023
Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün təqvimi
18.07.2023
Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında müqavilə yeniləndi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: