24.05.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

İntizam Komitəsinin iclası keçirildi

Slide 1

I Liqa: “Şamaxı” çempion! - Fotolar

Slide 1

I Liqa 2023/2024 mövsümünün mükafatlandırma mərasimi

Slide 1

Son 7 mövsümün rekordu təkrarlandı

Slide 1

“Şamaxı”dan ilk: 26-cı çempion

Slide 1

MOİK 2-1 "İmişli" - Videoicmal

Slide 1

"İrəvan" 3-8 "Karvan" - Videoicmal

   Ramin Musayev: “Düşünürəm ki, çempionat daha maraqlı olacaq” - Fotolar      2016-07-26

Bu gün AFFA-nın inzibati binasında Topaz Premyer Liqasının 2016-2017-ci illər mövsümünün püşkatması keçirildi. Püşkatmada Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə yanaşı elita klublarının nümayəndələri və jurnalistlər də iştirak etdilər.

CBC-Sport kanalı vasitəsi ilə canlı yayımlanan tədbiri giriş sözü ilə Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev açaraq, püşkatma barədə məlumat verdi. Daha sonra söz alan PFL prezidenti Ramin Musayev qonaqları salamlayıb, çıxış etdi:
“Püşkatma CBC-Sport kanalı ilə canlı yayımlanır. Bu kanalı yaradanlara, yayımda əməyi olanlara təşəkkür edirəm. Mən həmişə bildirmişəm ki, çempionatın daha yaxşı yayıma ehtiyacı var. “CBC-Sport”dan əvvəl yayım edən kanalları pisləmirəm. Sadəcə, oyunları daha yaxşı təqdim etmək olar və biz bunu ötən mövsüm gördük.  İnşallah, avqustun 6-da çempionata start verəcəyik. Düşünürəm ki, çempionat daha maraqlı olacaq. Ən azı 6 komanda yüksək yerlər uğrunda mübarizə aparacaq. Bu mövsüm bəzi dəyişikliklər də reallaşacaq. Məsələn, legionerlər üçün 5 min manat rüsum olacaq. Bu addım klubların şəraitinin yaxşılaşması üçün atılan addımdır. Vurğulayım ki, Premyer Liqanın  2016/2017-ci illər mövsümünün də sponsoru Topaz olacaq. Dəstəyə görə onlara təşəkkür edirəm”.
Ramin Musayev son vaxtlar futbolumuzda baş vermiş hadisələrə də münasibət bildirdi: “Sevindirici haldır ki, avrokubokdakı bütün komandalarımız mərhələ keçdilər.  Bu gün “Qarabağ” oynayır, onlara uğurlar arzulayırıq. Çalışacağıq bu oyun canlı yayımlansın. “Qəbələ” də  növbəti oyununa çıxacaq. Ümidvarıq ki, uğurlu oyunları ilə bizi sevindirəcəklər.
R. Musayev FİFA referisi Əliyar Ağayevin 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən Avropa çempionatının final matçını idarə etməsinə və 2 futbolçumuzun  Portuqaliyaya yollanmasına da biganə qalmadı və bunu önəmli hadisə kimi qələmə verdi: “Əliyar Ağayevin finalı idarə etməsi də sevindirici haldı. Bu, hakimlərlə görülən işin nəticəsidi. Əliyar Ağayevin adının altında AFFA və ya PFL deyil, Azərbaycan yazılırdı. Bu həqiqətən də sevindirici məqamdır. 2 futbolçumuz – Elnur Cəfərov və Budaq Nəsirov isə Portuqaliya çemponatında çıxış edəcəklər. Bütün bunlar Azərbaycan futbolunun inkişafda olduğunu göstərən məqamlardandır. Əlbəttə ki, nöqsanlarımız da var.  Bunların aradan qalxması üçün çalışacağıq”.
PFL prezidenti I Divizionla bağlı danışaraq, bir sıra məqamlara aydınlıq gətirdi: “I Divizion limitini Premyer Liqa limitinə uyğun olaraq, təsdiqlədik. Bu addım I Divizion klublarının elitaya hazır olması üçün atılıb. I Divizion böyük ehtimalla sentyabrın 15-dək başlanacaq”.

   Turnir cədvəli
1 Qarabağ 35 82
2 Neftçi 35 56
3 Zirə 35 55
4 Sabah 35 55
5 Sumqayıt 35 54
6 Turan Tovuz 35 45
7 Səbail 35 42
8 Kəpəz 35 35
9 Araz-Naxçıvan 35 35
10 Qəbələ 35 26
Ətraflı
1 Şamaxı 27 57
2 Qaradağ Lökbatan 27 54
3 MOİK 27 49
4 İmişli 27 47
5 Karvan 27 44
6 Zaqatala 27 31
7 Mingəçevir 27 27
8 İrəvan 27 27
9 Difai Ağsu 27 23
10 Araz Saatlı 27 13
Ətraflı
Xəbər arxivi
« May 2024 »
1 2 3 4 5 6 7
2930 01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 2324 25 26
27 28 29 30 310102
03040506070809
Press reliz
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: