“Simurq” klubu daha bir futbolçu ilə yollarını ayırıb.
2011-ci ildən Zaqatala təmsilçisinin heyətində çıxış edən Ruhid Usubov ilə müqaviləyə
qarşılıqlı razılaşma əsasında xitam verilib. Ötən mövsümün ikinci
dövrəsindən icarə əsasında “Simurq”da çıxış edən Ruslan Poladovla isə bir
illik müqavilə imzalanıb. “Simurq” müqavilə müddəti başa çatdığına görə
komandadan ayrılan gənc futbolçu Rəşad Eyyubovla da artıq ilkin razılığa gəlib.
Gənc futbolçu ilə bu həftə ərzində rəsmi müqavilə imzalanacağı gözlənilir.
|