Unibank Premyer Liqasında aprel və may ayları üçün “ən yaxşı oyunçular” məlumdur. Peşəkar Futbol Liqası və Unibank Kommersiya Bankının KİV nümayəndələri, həmçinin klubların baş məşqçiləri və komanda kapitanları arasında keçirdiyi sorğunun nəticələrinə əsasən “Bakı” klubundan Deividas Çesnauskis aprel, “Xəzər Lənkəran” klubundan Eder Bonfim isə may ayının ən yaxşı futbolçusu seçilmişdir. Qaliblər tədbirdə iştirak edə bilmədiyindən Unibankın pul mükafatı və PFL-in hədiyyələri klubların nümayəndələrinə təqdim olunmuşdur.
|