“Simurq” PFK məşqçi Emil Babayevlə rəsmi müqavilə bağlayıb. Nizami Sadıqovun gedişindən sonra boş qalmış yerə Emil Babayev gətirilib. O komandada qapıçılarla işləyən məşqçi təyin olunub. Qeyd edək ki, Emil Babayev “A” kateqoriyalı məşqçidir. Onun son iş yeri “Rəvan” futbol klubu olub. Bundan əvvəl isə, o, ”Neftçi” komandasında və U-17-də qapıçılarla işləyən məşqçi kimi fəaliyyət göstərib. Bundan əlavə “Neftçi” PFK-nın gənc yarımmüdafiəçisi Nicat Qurbanov icarə əsasında “Simurq” klubunda çıxış edəcək. Nicat Qurbanov “Simurq” klubunda 15 nömrəli formanı geyinəcək.
|