“Xəzər
Lənkəran” klubu
mayın 29-da toplanacaq. Klubun mətbuat xidmətindən verilən məlumata
görə, yay təlim-məşq toplanışını Avstriyada keçirəcək komanda iyunun 1-dən bu
ölkəyə səfər edəcək. Komandanın Avstriyada bir aya yaxın toplanışda olacağı
gözlənilir. Toplanışın dəqiq müddəti “Xəzər Lənkəran”ın Avroliqanın ilkin təsnifat
mərhələsində ilk oyununu evdə və yaxud səfərdə keçirməsindən asılı olacaq. Unibank
Premyer Liqasının gümüş mükafatçısı hazırlıq dövründə 4-5 yoxlama oyununda qüvvəsini
sınayacaq.
|