İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir:17 may 2012-ci il Azərbaycan Kubokunun finalının “Neftçi” – “Bakı” matçının 8-ci dəqiqəsində “Bakı” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunur (maddə 52). Matçın 9-cu dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52). Oyunun 82-ci dəqiqəsində “Neftçi” klubunun 3 №-li futbolçusu Denis Silva Kruz kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Matçın 82-ci dəqiqəsində “Bakı” klubunun nümayəndəsi Yaşar Seyidov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün adıçəkilən şəxs 1 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 63).
|