Azərbaycan kubokunun final oyununda iştirak etmiş "When the Sunday comes" həftəlik jurnalının müxbiri Rob Delaney təəssüratları ilə bölüşmüşdür.
"Azərbaycan
kubokunun final oyununda iştirak etmək hər gün qismət olmur. Taksidə Bakının ətrafında
yerləşən Mərdəkan qəsəbəsinə - “Dalğa Arena” stadionuna yollandıq. Balaca və
gözəl stadionunun açılışında ötən il Zepp Baltter və Mişel Platini də iştirak
edirdi.
Bütün axşam
boyu bizə bələdçilik edən yerli jurnalist - Həbib, kubokun final oyununun adətən
Tofiq Bəhramov adına stadionunda – 20000-dən çox azarkeş tutumu olan və 1966-cı
ildə keçirilən Dünya çempionatının final oyununda İngiltərənin qolunu hesaba
alan məşhur yan xətt hakiminin adını daşıyan möhtəşəm arenada keçirildiyini
bildirdi. Lakin bu il elə alındı ki, iki Bakı klubunun azarkeşləri sevimli
komandalarını dəstəkləmək üçün paytaxtdan 25 km uzağa getməli oldular. Nəticədə
finalı cəmi 4000 azarkeş izləsə də, bu oyunun atmosferinə heç cür təsir etmədi.
Final oyunundan
öncə isə istənilən Avroviziya yarışması ilə rəqabət apara biləcək açılış mərasimi
keçirildi. Ölkənin aparıcı müğənniləri sevilən mahnılarını ifa etdilər, milli
geyimli rəqqaslar və ölkə bayrağı ilə qeyri-adi çıxış göz
oxşayırdı. Oyun “Bakı”nın 2-0 hesablı gözlənilməz qələbəsi ilə başa çatdı. Kubokun final oyunundan sonra azarkeşlər üçün avtomobil uduşa da
keçirildi". Mənbə
|