Unibank
Premyer Liqasının 31-ci turunda “Qəbələ” azlıqda qaldığı səfər oyununda “Xəzər
Lənkəran”la heç-heçə etdi – 1:1.
Fatih
Kavlak, “Qəbələ” klubunun baş məşqçisi: “Biz hər oyunda qələbə üçün oynayırıq. “Qarabağ”
– “İnter” oyununun nəticəsinə görə Avrokubok şansımızı gözləyirdik. Artıq
çempionatın son oyununa hazırlaşacağıq.”.
Yunis
Hüseynov, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Komandada arxayınçılıq var idi. İlk
qoldan sonra isə futbolçular müdafiədə oynadı. Bu cür futbolu bəyənmirəm. Komandadan
narazı qaldım. “Qəbələ” bu gün yaxşı oyun
göstərdi”.
|