Unibank
Premyer Liqasının XXX turunda “Qəbələ” doğma azarkeşləri önündə “Bakı” üzərində
inamlı qələbə qazanıb – 4:0.
Novruz Əzimov, “Bakı” klubunun baş məşqçisi: “Bugünkü oyunda məğlub
olmağımıza baxmayaraq, oyun maraqlı keçdi. Əsas heyətin dörd üzvü zədə
ucbatından bu oyunda iştirak edə bilmirdi. Oyuna tam hazırlaşa bilməmişdik. Komanda
fiziki cəhətdən yorğun idi. “Qəbələ”yə gələcək oyunlarda uğurlar”.
Fatih Kavlak, “Qəbələ” klubunun baş məşqçisi: “Rəqibimizin yorğun olması
bizim üçün üstünlük oldu. Oyuna ciddi hazırlaşmışdıq. Yaratdığımız qol
imkanlarından istifadə etdik və qalib gəldik. Gələcək oyunlarda da güclü
komanda olduğumuzu göstərəcəyik”.
|