Bu gün Azərbaycan
kubokunda 1/2 final mərhələsinin cavab oyunları çərçivəsində doğma
azarkeşləri önündə “Bakı”nı qəbul edən “Qarabağ” yarışda mübarizəni
dayandırıb. Oyunun əsas vaxtı 1:0 hesabıyla “Bakı”nın üstünlüyü ilə başa çatıb.
Oyunsonrası penaltilərdə daha sərrast olan “Bakı” (5-4) Azərbaycan
Kubokunun final mərhələsinə yüksəldi.
Novruz Əzimov, “Bakı” klubunun məşqçisi: “”Əvvəlcədən
“Qarabağ”la oyunun çətin olacağını bilirdik. Rəqibimiz çox güclü komandadır. Hesabı
açan tərəf biz olduq. Bu da oyunun taleyini həll etdi. “Bakı”nın rəhbərliyini təbrik
edirəm”.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş
məşqçisi: “Gərgin oyunun şahidi olduq. Bir səhv bizim məğlubiyyətimizə səbəb
oldu. Oyun haqqında danışılası bir məsələ yoxdur. Əsas üzüldüyüm azarkeşləri
sevindirə bilməməyimiz oldu. Onlar oyun boyu bizi dəstəklədilər. Oyunsonrası penaltilər lotereyadır. Bizim bəxtimiz gətirmədi. Rəqibimizi
qələbə münasibətilə təbrik edirəm”.
|