Uniban
Premyer Liqasının 29-cu turunun oyunları çərçivəsində “Bakı” səfərdə “Qarabağ”ı
məğlub etdi – 4:2.
Novruz Əzimov, “Bakı” klubunun baş məşqçisi: “Bütün imkanlardan
istifadə edib sona qədər vuruşub istəyimizə
nail olduq. Çox şadam ki, səfərdə “Qarabağ” kimi güclü komandanı məğlub edə
bildik. Oyunçularımı təbrik edirəm. Hava şəraiti pis olsa da, qələbə qazandıq. “Qarabağ”a növbəti oyunlarda uğurlar arzulayıram”.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Bu gözəl oyuna görə rəqibimizi
təbrik edirəm. “Bakı” kimi komanda ilə oynamaq həqiqətən də çox çətin idi. Az
vaxt ərzində bu qədər qol buraxmağımız oyunçularıma psixoloji cəhətdən çox pis
təsir etdi. Səhvlərimiz çox oldu. Bu nəticəni gözləmirdim”.
|