Topaz Premyer Liqasının IX turu “Qəbələ”də
start götürdü. Açılış oyununda “Qəbələ”ə
“Sumqayıt”ı 3-1 hesabı ilə məğlub etdi.
Dorinel
Munteanu (“Qəbələ”nin baş məşqçisi): “Bilirdik
ki, oyun çətin keçəcək. Çünki “Sumqayıt” qısa bir zamanda liderliyə yüksəlmişdi.
Düşünürəm ki, ilk hissədə “Sumqayıt”ın bir şansı oldu və bundan yararlandı. İki
fərqli hissə izlədik. Komandam ikinci hissədə xarakter göstərdi və qələbə
qazandı. Mən komandamı qələbə münasibəti ilə təbrik etmişəm. Ekiqo bu gün yaxşı
oynadı. Ehtiyatda oturan futbolçu meydançaya çıxdıqdan sonra məhz belə oynamalı
idi. Qol ötürməsi verdi, qol vurdu. Oyuna fəal qoşuldu, hərəkətlilik yaratdı”.
|