Topaz Premyer Liqasının 4-cü turunda “Sumqayıt” öz
meydanında “Araz Naxçıvan”ı minimal hesabla məğlub edərək turnir cədvəlində liderliyi ələ
keçirdi – 1:0.
Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “İlk hissədə
qol vursaq da, mən daha çox ikinci hissədən razı qaldım. Qələbə qazandıq.
Düşünürəm ki, bu oyunda azarkeşlər bizə çox yardım etdilər. Uduzanda da, udanda
da bizim yanımızdadırlar. Bu oyunu unudub qarşıdakı matçlara hazırlaşmalıyıq. Turnir
cədvəlinin lideriyik. İndiki məqamda bunu təsadüf yox, reallıq kimi qəbul etməliyik.
Məqsədimiz çempionluq yox, ötənilki ilə müqayisədə daha yaxşı nəticə qazanmaqdır”.
|