Unibank Premyer Liqasının 25-ci turunda “Turan” doğma azarkeşləri önündə “Rəvan”ı məğlub etdi– 2:1. Bəhmən Həsənov, “Rəvan”
klubunun baş məşqçisi: ““Turan”
komandasının baş məşqçisini qələbə münasibətilə təbrik edirəm. Mərkəz müdafiəçilərimizin
olmaması özünü buraxdığımız qollarda göstərdi. Normal oyun göstərdik, qol
imkanlarımız da oldu. Təəssüf ki, məğlub olduq”.
Əsgər Abdullayev,
“Turan” klubunun baş məşqçisi: “Oyundan öncə heyətlə bağlı müəyyən problemlərimiz var idi. Aftandil
Hacıyevin olmaması bizə müəyyən qədər çətinlik yaradırdı. Rəqibimiz öz oyun
üslubu olan komandadır. “Rəvan”la oynamaq asan deyil. İlk qolu qapımızdan
buraxsaq da, uşaqlar psixoloji cəhətdən sınmadı. Əzmkar oyun göstərib iki qol
vura bildik. Yaxşı oyuna görə komandama təşəkkür edirəm”.
|