Coy-Lens Mikels “Sabah”ın rekordunu təkrarlayıb. O, klub tarixində bir mövsümdə ən çox qol vuran futbolçu adına şərik çıxıb. Mikels cari çempionatda 8 dəfə fərqlənib. O, buna “Sumqayıt”la matçda nail olub. Hesabında 7 qol olan legioner komandasının 3:0 hesablı qələbəsinə töhfə verərək 8-ə çatıb. “Sabah”ın heyətində bir mövsümdə ən çox qol vuran oyunçu Marko Deviç idi. Ukrayna vətəndaşı olan serb futbolçu 2018/19 mövsümündə 8 dəfə rəqib qapısına yol tapıb.
|