İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Premyer Liqanın X turunun “Sabah” – “Zirə” oyununda “Sabah” klubunun futbolçusu Xuan Kamara ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);
X turun “Keşlə” – “Neftçi” oyununun 86-cı dəqiqəsində azarkeş meydançaya daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2);
X turun “Səbail” – “Qəbələ” oyununda “Səbail” klubunun futbolçusu Yurqen Qoxa ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);
I Divizionun V turunun “Səbail-2” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının futbolçusu Nicat Oruclu ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1).
|