“Sabah” Premyer Liqada ardıcıl ikinci qələbəsini qazanıb. VIII turda “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edən Bakı təmsilçisi IX turda “Qəbələ”ni üstələyib – 3:1. Bu, klub tarixində 5-ci belə seriyadır. Bunadək “Sabah” 4 dəfə ardıcıl iki qələbə qazanmağı bacarıb. Lakin əvvəlki seriyalardan yalnız birində - 2020-ci ilin sentyabrında iki matçın top fərqi indiki kimi 5-ə bərabər olub. Həmin vaxt “Qəbələ”ni 3:0, “Zirə”ni 2:0 hesabı ilə yenən paytaxt təmsilçisi rekord seriyasını bu dəfə təkrarlayıb. Bakılılar Premyer Liqada ilk dəfə ardıcıl iki görüşdə 3 qol vurub. Tarixində cəmi 7 matçda ikidən artıq top vuran komanda bunadək heç vaxt ardıcıl məhsuldar qarşılaşma keçirməmişdi.
|