Konfrans Liqasında qrup mərhələsinin III turunun oyunları keçirilib. Tofiq Bəhramov adına Respublika Stadionunda “Kayrat”ı (Qazaxıstan) qəbul edən “Qarabağ” 2:1 hesablı qələbə qazanıb. İlk hissədə 0:1 uduzan “köhlən atlar” ikinci yarıda geri dönüş edib. Ağdam təmsilçisinin qollarına Ramil Şeydayev və Abbas Hüseynov imza atıb. 3 oyundan sonra 7 xal toplayan “Qarabağ” H qrupunda liderdir. Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasında növbəti oyununu səfərdə “Kayrat”a qarşı keçirəcək.
|