Azərbaycan Premyer Liqasının VII turunda meydana çıxan bütün komandalar qol vurub. Buna mövsümdə ilk dəfə təsadüf olunub. “Sabah” üzərində 2:1 hesablı səfər qələbəsi qazanan “Qarabağ”ın ilk qolu yubiley xarakteri daşıyıb. Filip Ozobiç Ağdam klubunun heyətində 25-ci çempionat qoluna imza atıb. Filip 58-ci görüşündə yubiley uğuruna sevinib. Qeyd edək ki, Ozobiç “Qarabağ”ın tarixində çempionatda 25 və daha çox qol vuran 15-ci oyunçudur.
|