Konfrans Liqasında qrup mərhələsinin II turunun oyunları keçirilib. Səfərdə “Omoniya”nın (Kipr) qonağı olan “Qarabağ” 4:1 hesabla qalib gəlib. Ağdam klubunun heyətində Kadi Borqes dubl edib. Digər qollara Ramil Şeydayev və Maksim Medvedev imza atıb. Bu nəticədən sonra “köhlən atlar” 4 xalla qrup liderliyinə yüksəlib. Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri növbəti görüşünü 21 oktyabr evdə “Kayrat”a (Qazaxıstan) qarşı keçirəcək.
|