Futbol üzrə Azərbaycan I Divizionda III turun oyun cədvəli məlum oldu. Turun “Zirə-2” – MOİK görüşündən başqa bütün qarşılaşmaları I Divizionun yutub kanalında canlı yayımlanacaq.
28 sentyabr (çərşənbə axşamı) “Kəpəz” – “Qarabağ-2” Gəncə şəhər stadionu, 15:00 “Neftçi-2” – “Qaradağ Lökbatan” Türk Hava Yolları Futbol Mərkəzi (ehtiyat meydança), 16:00
29 sentyabr (çərşənbə) “Turan Tovuz” – “Sabah-2” Tovuz şəhər stadionu, 15:00 “Səbail-2” – “Zaqatala” “ASCO Arena”, 16:00 “Zirə-2” - MOİK “ASK Arena”, 15:00
4 oktyabr (bazar ertəsi)
“Keşlə-2” – “Qəbələ-2” “ASK Arena”, 15:00
Qeyd: "Qəbələ" U-19 komandasının UEFA Gənclər Liqasına daha yaxşı hazırlaşması məqsədi ilə "Qəbələ" klubunun müraciəti, "Keşlə"nin rəsmi razılığı əsasında "Keşlə-2" - "Qəbələ-2" oyunu 28 sentyabr tarixdən 4 oktyabr tarixə keçirilib.
|